MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın yay sessiyasında "Transmilli represiyyalar" mövzusunda çıxış zamanı Qərbi Azərbaycan məsələsini qaldırıldı

13:27 23.06.2023



 
Bu gün AŞPA-da "Transmilli represiyyalar" mövzusunda çıxış edərək Qərbi Azərbaycan məsələsini qaldırrdım, Ermənistan tərəfindən əsir götürülmüş Aqşin Bəbirov və Hüseyn Axundovu azad etməyə və onlardan hansısa bir danışıq üçün alət kimi istifadə etməməyə çağırış etdim. Eyni zamanda dünən AŞPA tərəfindən Laçın sərhəd məntəqəsi ilə bağlı qəbul edilən qətnaməni qərəzli, yersiz və zamasız kimi qiymətləndirərək Ermənistan tərəfini götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə çağırdım
 
 
Çıxışın mətni:
 
"Əziz həmkarlar, bu hesabatda qeyd olunmayan transmilli repressiyaların ən dəhşətli nümunələrindən biri etnik təmizləmədir.
Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir.
 
1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycanlılara qarşı Ermənistanın dövlət orqanları tərəfindən törədilmiş etnik təmizləmə sistemik xarakteri ilə seçilir. Çünki bütün bu kütləvi etnik təmizləmə Ermənistan dövlətinin bir başa göstərişi və iradəsi ilə həyata keçirilib.
 
Mən buna başqa nümunə də verə bilərəm. Mənim erməni həmkarım girov danışıqlarına istinad etdi. Bu ilin aprel ayında Azərbaycan ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan ərazisində itkiş düşüblər. Biz sizə artıq video görüntüləri təqdim etmişik. Özünüz də görürsünüz ki, yerli erməni sakinlər və hərbiçilər bizim əsgərə işgəncə verir. Sonradan onlara səhnələşdirilmiş məhkəmə düzəldib, saxta hökm veriblər, Hüseyni 20 il müddətinə azadlıqdan məhrum ediblər. Bax elə bunun özü də bizə, Azərbaycanlılara və Azərbaycana qarşı törədilən etnik təmizləmə siyasətinin başqa nümunəsidir.
 
Yekunda bunu mütləq qeyd etməliyəm. Dünən AŞPA Laçın sərhəd keçid məntəqəsi ilə bağlı qərəzli, yersiz və vaxtsız qətnamə qəbul etdi. Hesab edirəm ki, dünən AŞPA ən azından buradakı Azərbaycanlı və erməni deputatlar arasına sülh gətirmək kimi tarixi şansını itirdi, bizi daha da yaxınlaşdırmaqdan daha çox düşmən etdi. Bu AŞPA üçün itirilmiş bir imkan oldu. Digər tərəfdən Laçın sərhəd keçid məntəqəsinə pilot layihə kimi baxılmamalıdır. Ermənistanın Baş Naziri Paşinyan da Zəngəzur koridorunun açılmasını və erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarmaq barədə öhdəlim götürüb və bu öhdəliyi icra etməlidir.
 
İndi isə mən buradan bütün həmkarlarımdan və AŞPA-dan qanunsuz olaraq həbs edilmiş Azərbaycanlı hərbiçiləri azad etməyə və onlardan hansısa bir danışıq üçün alət kimi istifadə etməməyə çağırış etməyə çağırıram."